AĞA MƏHƏMMƏD ŞAH QACAR

Authors

  • Pərixanım Soltan qızı Hüseynova ADPU, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru

Keywords:

Ağa Məhəmməd şah Qacar, Əbdürrəhim bəy Haqverdiyev, Səməd Vurğun,

Abstract

Məqalədə Azərbaycan ədəbiyyatında tarixi şəxsiyyət Ağa Məhəmməd şah Qacar obrazının təcəssümü məsələsi Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” və S.Vurğunun “Vaqif” pyesləri əsasında müqayisəli şəkildə təhlil olunur. Qeyd edilir ki, Ə.Haqverdiyevin pyesi N.Nərimanovun “Nadir şah” faciəsindən sonra dramaturgiyamızda yazılan ikinci tarixi faciədir. Müəllif hər iki sənətkarın bu obrazı yaradarkən tarixi mühiti, dövrün siyasi reallıqlarını dərindən araşdırdığını vurğulayır. Tədqiqatda Haqverdiyevin Qacarı həm bir-birinə zidd daxili keyfiyyətləri (qəddar hökmdar və eyni zamanda savadlı, mütaliəni sevən, parçalanmış İranı birləşdirməyə çalışan dövlət xadimi), həm də geniş tarixi coğrafiyası ilə təsvir etdiyi göstərilir. S.Vurğunda isə diqqət daha çox Qacarın Qarabağa hücumu, onun işğalçı və amansız Mahiyyətinin ifşasına yönəldilmişdir. Məqalədə hər iki dramaturqun Qacar obrazı vasitəsilə təkcə öz dövrünün deyil, ümumiyyətlə, bəşəriyyətə bəla gətirən bütün cahangirlərin və cəlladların ümumiləşdirilmiş tipini yaratdıqları nəticəsinə gəlinir.

References

Ə.Haqverdiyev Seçilmiş əsərlər. 2 cilddə I cild, Bakı, “Lider”, 2005

M.Arif Seçilmiş əsərləri. Bakı, “Lider”, 2005, c.II, 375 s.

A.Zeynallı S.Vurğun sənəti. Bakı, “Elm”, 1989, 240 s.

Azərbaycan ədəbiyyatı tarixi. Az. SSR EA, Bakı, 1960

Azərbaycan sovet ədəbiyyatı tarixi. Az. SSR EA, Bakı, 1967

S.Vurğun Seçilmiş əsərləri. – 5 cilddə, IV cild Bakı, “Şərq-Qərb”, 2005

B.Vahabzadə Səməd Vurğun. Bakı, Gənclik, 1956

Downloads

Published

2026-10-02

How to Cite

Pərixanım Soltan qızı Hüseynova. (2026). AĞA MƏHƏMMƏD ŞAH QACAR. IQRO , 24(01), 11–15. Retrieved from https://www.wordlyknowledge.uz/index.php/iqro/article/view/9299