ZƏFƏR GÜNÜNÜ GƏLƏCƏK NƏSİLLƏRƏ ÖTÜRƏN VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ

Authors

  • Ləman Abışova ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Müəllim

Keywords:

Zəfər günü, vətənpərvərlik, təlim, vətən ideologiyası, pedaqoji bacarıq

Abstract

Azərbaycan xalqının müasir tarixində 8 Noyabr – Zəfər Günü milli dövlətçilik ənənələrinin, tarixi yaddaşın və vətənpərvərlik düşüncəsinin inkişafında mühüm əhəmiyyət daşıyan hadisələrdən biri kimi xüsusi yer tutur. 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam etmiş Vətən müharibəsinin nəticələri Azərbaycan cəmiyyətinin ictimai-mənəvi həyatında yeni mərhələnin başlanğıcını qoymuşdur. Şuşanın azad edildiyi 8 noyabr tarixi yalnız hərbi uğurun xatırlandığı gün deyil, həm də uzun illər işğal altında qalmış torpaqlarla bağlı tarixi yaddaşın, milli birliyin və vətənə mənəvi bağlılığın yeni məzmun qazandığı əlamətdar tarixdir. Bu hadisənin gələcək nəsillərin düşüncəsində düzgün yer tutması onun ictimai mərasimlərdə qeyd olunmasından daha geniş pedaqoji fəaliyyət tələb edir. Tarixi hadisələr haqqında biliklərin şagirdlərə çatdırılması, onların həmin hadisələrin səbəb və nəticələrini mənimsəməsi, fərdi insan taleləri ilə ümummilli tarix arasında əlaqə yaratması və vətən qarşısında mənəvi məsuliyyətini dərk etməsi təlim-tərbiyə prosesinin mühüm vəzifələrindəndir.

References

Ağazadə İ. Azərbaycan uşaq ədəbiyyatında müharibə – Qarabağ // Ədəbiyyatda Qarabağ mövzusu. Respublika elmi konfransının materialları. Bakı: Qərbi Kaspi Universiteti, 2021, s. 24–26.

Amanova H. Qarabağ savaşı və çağdaş ədəbiyyatımız // 525-ci qəzet. 29 dekabr 2024, № 241. URL: https://anl.az/down/meqale/525/2024/dekabr/929234.htm

Həbibbəyli İ. Ədəbiyyatda Qarabağ mövzusunun elmi-nəzəri dərki // Qarabağ Azərbaycandır! Bakı, 2022, 10 s.

Mahmudova Ş. Qarabağ mövzusunda yazılmış hekayələrin tədrisi // Journal of IQRO. 2025, cild 19, № 1, s. 308–314.

Şərifova S. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili. Bakı: Elm və Təhsil, 2022, 444 s.

Şərifova S. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin, filmlərin janr xüsusiyyəti, problematikası və obrazları // Türk Dünyası Araştırmaları. İstanbul, 2023, cild 134, № 265, s. 183–216. DOI: https://doi.org/10.55773/tda.1283634

Süleymanov M., Süleymanlı N. Vətən müharibəsinin salnaməsi. I cild. Bakı: Maarif, 2025, 520 s.

Downloads

Published

2026-10-16

How to Cite

Ləman Abışova. (2026). ZƏFƏR GÜNÜNÜ GƏLƏCƏK NƏSİLLƏRƏ ÖTÜRƏN VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ. IQRO , 24(01), 976–982. Retrieved from https://www.wordlyknowledge.uz/index.php/iqro/article/view/9584